mobil versiya

“Etiraf etmək lazımdır ki, Azərbaycan Ordusu daha güclüdür və yaxşı təchiz olunub, amma...” - Rusiya generalı



Rusiya Hərb Elmləri Akademiyasının rəyasət heyətinin üzvü, hərb elmləri doktoru, bir sıra müharibələrin veteranı, general-leytenant Sergey Çvarkova görə, Qarabağ münaqişəsini sülh yoluyla həll etmək mümkün deyil. Amma Rusiyanın hərbi-siyasi rəhbərliyinin yürütdüyü siyasətin sayəsində az qala 30 ildir ki, münaqişə nəzarət altındadır və onun ifrat kəskinləşməsinə imkan verilmir.

“Dağlıq Qarabağ problemi bu gün və ya dünən yaranmayıb, kökü əsrin dərinliklərinə gedib çıxır. Bəzi politoloqlara və mütəxəssislərə görə, bu problemi sülh yolu ilə həll etmək mümkün deyil”,-general “Arqumenti Nedeli” nəşrinə müsahibəsində belə deyib.

Onun fikrincə Qarabağda böyük müharibə gözləməyə dəyməz, çünki bunun nəticələri həddən artıq ciddi olardı. “Və bunu Ermənistan rəhbərliyi də, Azərbaycan da başa düşür, lakin hər şeydən əvvəl Rusiya və Azərbaycana hərtərəfli dəstəyini ifadə edən Türkiyə anlayır”,-Çvarkov deyib.

General əlavə edib ki, hazırda Azərbaycan ordusunun Ermənistan ordusuna nisbətən daha çoxsaylı olduğunu, daha yaxşı təchiz edildiyini etraf etmək lazımdır. Amma Ermənistan ordusunun da “bəzi layiqli arqumentləri” var, bunlardan biri də odur ki, vəziyyət kəskinləşsə KTMT qüvvələri Ermənistanın köməyinə gələ bilər.

“Silahlı qüvvələrin potensialını nəzərdən keçirəndə demək olar ki, tərəzinin gözü şübhəsiz Azərbaycan ordusunun tərəfinə əyilir, amma onun Ermənistanla mümkün irimiqyaslı müharibədə birmənalı şəkildə qalib gələcəyini deməyə heç bir ekspert cəsarət etməz. Çünki həddən çox amillər və şərtlər var”,-rusiyalı general belə iddia edir.

Çvarkova görə məhz Rusiyanın hərbi-siyasi rəhbərliyinin yürütdüyü siyasət sayəsində münaqişəni indiyədək nəzarət altında saxlamaq, ara-sıra alışmalar baş versə də irimiqyaslı müharibənin qarşısını almaq mümkün olub.

\\Virtualaz.org


SON XƏBƏR / KARUSEL / SİYASƏT
Tarix: 9-08-2020, 09:15