mobil versiya

Robert Tramp gecə vəfat etdi - Xəstəliyi var imiş


   

ABŞ prezidentinin qardaşı Robert Tramp vəfat etdi. ABŞ prezidenti Donald Tramp 72 yaşlı kiçik qardaşı Robertin öldüyünü açıqlayıb.

REPORTYOR.AZ bildirir ki, "Report" TASS-a istinadən xəbər verir ki, onun açıqlamasını Ağ Evin mətbuat xidməti yayıb.

"Ağır bir ürəklə bildirirəm ki, sevimli qardaşım Robert bu gün nur içində vəfat etdi. O, sadəcə mənim qardaşım yox, ən yaxşı dostum idi.

Onun xatirəsi daim qəlbimdə yaşayacaq. Robert, mən səni sevirəm"- Donald Tramp deyib.

Daha əvvəl NBC teleşirkəti Robert Trampın ciddi xəstəlik səbəbiylə xəstəxanaya aparıldığını bildirmişdi.

Mənbələr onun hansı xəstəlikdən əziyyət çəkdiyini demirdilər.




SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 16-08-2020, 12:00