Türkiyədən Rusiyaya SƏRT BƏYANAT
“Krımda bu gün səhər Krım Tatar türklərinin evlərinə edilən hücumları və onların nəzarətə götürülməsini narahatlıqla izləyirik”.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, sözügedən hadisə Krımın 2014-cü ildə qeyri-qanuni zəbtindən sonra yerli tatarlara tətbiq olunan davamlı təzyiq və hədənin son nümunəsidir: “Türkiyə hüquq və mənafelərini sülh yolu ilə müdafiə etdiyi soydaşlarımız olan Krım tatarlarının hər zaman yanında olacaq”.
Xatırladaq ki, bu gün səhər saatlarında Rusiyanın hüquq-mühafizə orqanları əməkdaşları Krımda bir çox ünvana basqın edib. Jurnalist Ayder Kadirov olmaqla, 4 nəfər saxlanılıb.(Apa)
SON XƏBƏR / KARUSEL / SİYASƏT
Tarix: 1-09-2020, 09:08