mobil versiya

TƏBİB məlumat yaydı – SON DƏQİQƏ



Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 16-na olan statistik göstəriciləri açıqlayıb.

REPORTYOR.AZ xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 940 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 115 nəfər reanimasiyada, 8 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 111 və 11 idi.

Ümumilikdə 38 658 nəfər virusa yoluxub, 36 149 nəfər sağalıb, 569 nəfər vəfat edib.

Bu gün 7 656 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 1 027 685 test aparılıb.

Qeyd edək ki, bu gün 141 koronavirusa yoluxma faktı qeydə alınıb, 151 nəfər sağalıb, 3 nəfər ölüb.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 17-09-2020, 02:03