mobil versiya

Ermənistana daha bir zərbə vurula bilər - BU BAŞ VERSƏ...


Əsir düşmüş Azərbaycan əsgərlərinə münasibətdə Ermənistan tərəfi beynəlxalq və humanitar hüquq normalarının pozuntusuna yol verir.  

Bəs, əsir düşmüş, girov götürülən şəxslərə qarşı edilən işgəncələrə, təhqirlərə görə qarşı tərəf beynəlxalq hüquq qarşısında hansı məsuliyyəti daşıyır?

Hüquqşünas Roman Qafarov Redaktor.az-a açıqlamasında bildirib ki, həm Azərbaycanın, həm də Ermənistanın müharibədə əsir düşənlərlə bağlı öhdəlikləri var:

"Bu öhdəlik 1949-cu ildə bağlanmış "Cenevrə konvensiyası"na əsaslanır. Əsirlər iki dövlət arasında mübadilə olunmalıdır. Noyabrın 10-unda bağlanan müqavilədə əsirlərin dəyişrilməsi məsələsi öz əksini tapıb. Lakin qarşı tərəf həmin bəndi yerinə yetirməyib. Som məlumatlara görə isə Beynəlxalq Qızıl Xaç Komitəsi həmin əsrlərlə görüşüb. Onlar doğurdan da müharibədə əsir düşüb və düşmən tərəfindən Ermənistana aparılıblar.

Vəkil adından qanunsuz istifadə edənlər SİZİ ALDADA BİLƏR

Azərbaycan birbaşa Ermənsitanın hansısa rəhbərinə cəza tətbiq edə bilməz. Hər iki dövlət Avropa insan haqqları məhkəməsinin tərkibinə daxil olduğuna görə, bu məsələ ilə bağlı konkret qərar qəbul edilə bilər. Hətta əsirlər geri qaytarılsa belə, həmin ölkənin cəzalandırılması və Ermənistan hakimiyyətinə qarşı sanksiya qəbul olunması baş tuta bilər. Belə ki, Ermənistan hakimiyyətinə qarşı Avropa Şurası tərəfindən sanksiyalar tətbiq oluna bilər".

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 25-11-2020, 14:30