mobil versiya

Rusiya Zod qızıl yatağına nəzarəti saxlamaq üçün hər şeyi edir – Erməni qəzeti



“Sotk (Zod – red.) mədən rəhbərliyi mədəndə işçi ixtisarlarının olduğunu təsdiqləyib”.

Qazet.az xəbər verir ki, bu barədə “Jamanak” qəzeti yazıb.

“Mədən Azərbaycanın nəzarəti altına keçdiyindən, hazırda istismara verilmədiyi üçün bu yaxınlarda rəhbərliyin dəyişəcəyi gözlənilmir. Mədən sahibləri ruslardır və əldə etdiyimiz məlumata görə, Rusiya nəzarəti əlində saxlamaq üçün hər şeyi edir. Bildirilib ki, Rusiyaya məxsus avadanlıq mədəndə həm Rusiya, həm də Azərbaycan hərbçiləri tərəfindən istifadə olunur”, – məlumatda qeyd edilir.

SON XƏBƏR / GÜNDƏM / SİYASƏT
Tarix: 13-01-2021, 12:25