“Kontakt home” xəbəri ilə bağlı – TƏKZİB
24 iyun 2020-ci il tarixində Minval.info saytında “Kontakt home” işçiləri virusa yoluxdu – “Virusdan qorxanları işdən qovurlar” aldı məqalədə “Kontakt home”un mənsub olduğu “ABC-Telecom” şirkətinin işçlərinə qarşı Əmək qanunvericliyinin tələblərinin pozulması, şirkətin virusdan çəkinən əməkdaşları ərizə yazmaqla özhesabına məzuniyyətə cəlb etməsi, virusdan narahat olan şəxslərin sonradan işdən çıxarılması, əməkdaşların testdən keçirilməməsi, şirkət işçilərini öz hesabına testdən keçməyə məcbur qalması kimi məlumatlar əks olunmuşdur.
REPORTYOR.AZ saytı bununla bağlı məlumatların dəqiqləşdirilmədən, araşdırma aparılmadan, qarşı tərəfin fikri alınmadan verildiyini, həmin xəbərin həqiqətlərə uyğun olmadığını bildirir.
Sayt bununla əlaqədar “Kontakt-home” şirkətinə öz üzrxahlığını ifadə edir.
SON XƏBƏR
Tarix: 10-02-2021, 18:41