Kəmaləddin Heydərova yüksək vəzifə verilir?
Sabahkı qurultayında "qoca"larla vidalaşmağı planlaşdıran hakim partiya yeni komandasını bütövlükdə gəncləşdirmək niyyətində deyil. Məlumata görə, yaşlı olmalarına rəğmən müəyyən şəxslər partiyada müxtəlif postları bölüşəcəklər.
REPORTYOR.AZ xəbər verir ki, YAP-ın qurultayında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yüksək vəzifə alacağı ilə bağlı bəzi məlumatlar var.
Uzun illər hakimiyyətdə yüksək postları tutan, böyük biznes şəbəkəsinə, əsasən Rusiya tərəfindən ciddi siyasi rıçaqlara malik FHN şefinin YAP-da vəzifə alacağı, hətta sədrin 4 müavinlərindən biri olması ehtimalı müzakirə mövzusudur.
Heydərovun hakim partiyada vəzifəyə sahiblənməsi onun nazir postunu itirməsi ilə nəticələnmə risqi yaratsa belə, görünür FHN şefi bu gedişi uğurla başa çatdırmaq niyyətindədir. Yaxınlarda zatən nazir postunu itirəcəyini anlayan FHN şefi üçün YAP-da vəzifə almaq özü ilə yanaşı həm də biznesini qorumaq üçün daha yaxşı seçimdir. YAP-da vəzifə tutmaq həm də gələcək toxunulmazlıq anlamı yaradır.Bizimxeber.az
SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 4-03-2021, 15:18