mobil versiya

Mehriban Əliyeva xalqımızı Ramazan bayramı münasibətilə təbrik edib




Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.

REPORTYOR.AZ xəbər verir ki, Mehriban Əliyevanın "Instagram" səhifəsində edilən paylaşımda deyilir:

“Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin!”

SON XƏBƏR / GÜNDƏM / ÖLKƏ
Baxılıb: 21 Tarix: 24-05-2020, 01:17


Şərh bildir
yenilə, əgər kod görünmürsə