Entoni Blinkendən Rusiyaya xəbərdarlıq
ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyaya xəbərdarlıq edib.
Diplomat tviterdə yazıb ki, Rusiya Ukraynaya hücumlarını dayandırmalı, qoşunlarını geri çəkməli və sülh masası arxasına oturmalıdır.
“Ukrayna sülh təklifləri irəli sürür. Moskva isə buna cavab olaraq raket zərbələri ilə kritik enerji infrastrukturuna zərbələr endirir”, - E.Blinken vurğulayıb.
Qeyd edək ki, dekabrın 29-da Rusiya ordusu Ukraynada genişmiqyaslı raket hücumları həyata keçirib. Nəticədə Kiyev şəhərində 3 mülki şəxs yaralanıb.
KARUSEL / DÜNYA
Tarix: 30-12-2022, 10:31