mobil versiya

Azərbaycan klubunun oyunu hava şəraitinə görə yarımçıq dayandırıldı


Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Şamaxı”nın Rumıniyanın “Botoşani” komandası ilə yoxlama oyunu yarımçıq dayandırılıb.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, qarşılaşma yağışlı və küləkli hava şəraitindən başa çatdırılmayıb.
Matçda əvvəlcə 36-cı dəqiqədə məcburi fasilə yaranıb. Leysan səbəbindən komandalar paltardəyişmə otağına yollanıblar. Yağıntı nisbətən səngidikdən sonra futbolçular meydana qayıdıblar. 67-ci dəqiqədə isə hakim görüşü saxlayaraq, oyunun bitdiyini elan edib.
Beləlik, yarımçıq dayandırılan qarşılaşma rəqibin minimal hesablı üstünlüyü ilə yekunlaşıb - 1:0.
Qeyd edək ki, “Şamaxı” günün ilk matçında Qazaxıstan “Kaysar”ı ilə qolsuz heç-heçə edib. (AzPolitika.info)
KARUSEL / İDMAN
Tarix: 11-01-2023, 21:42