Hərbi Prokurorluğa ərizə və şikayətlərin sayı 6,7 faiz azalıb
Prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi də təmin olunub.
2021-ci illə müqayisədə 2022-ci ildə ərizə və şikayətlərin sayı 6,7 faiz azalıb. Bu da vətəndaş məmnunluğunun daha da artmasına dəlalət edən haldır.
Bunu Hərbi Prokurorluqda keçirilmiş kollegiya iclasında Baş prokurorun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.
O bildirib ki, bundan başqa, şəxsi qəbulların sayı 15,7 faiz artıb. Vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə dövlətimizin başçısı İlham Əliyevin dəyərli tövsiyələri bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırılaraq, hər bir əməkdaşdan gündəlik fəaliyyətində onlara ciddi əməl edilməsi tələb olunub.
KARUSEL / CƏMİYYƏT

Tarix: 23-01-2023, 16:28