mobil versiya

“KUNI-KEN” şamisen rok qrupunun Bakıda konserti olacaq




Fevralın 22-də Yaponiya Səfirliyinin  təşkilatçılığı, Beynəlxalq Muğam Mərkəzinin təşkilatı dəstəyi ilə “KUNI-KEN” şamisen rok qrupunun konserti keçiriləcək. Konsert, “Yaponiya  küləyi” çərçivəsində keçirilən silsilə tədbirlərdən biridir. 
KUNI-KEN Mie prefekturasının Yokkaiçi şəhərində anadan olmuş KUNİAKİ və KENCİ Matsunaqa qardaşları tərəfindən yaradılmış şamisen rok qrupudur. Qardaşlar Sinqapur, Hindistan, Dubay, Makao, London, Madrid və Parisdə konsertlər vermiş, Asia mənşəli sənətçi kimi diqqəti cəlb edirlər. 2003-cü ildə “Qardaşlar” adlı ilk albomları işıq üzü görür və bununla musiqi karyeralarına start verilmişdir. Bu il fəaliyyətlərinin 20-ci ildönümünü qeyd edilir. 2016-cı ildən isə Yokkaiçi şəhərinin turizm səfiri kimi də fəaliyyət göstərirlər.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 20-02-2023, 18:17