mobil versiya

Si Cinpin Moskvaya gəlir



Çin Xalq Respublikasının Sədri Si Cinpin martın 20-22-də Moskvaya səfər edəcək.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində iki ölkə arasında tərəfdaşlıq münasibətləri, eləcə də beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq, bir sıra sənədlər imzalanacaq.
“Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin martın 20-də günorta görüşəcək”.
Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, görüş qeyri-rəsmi olacaq, dövlət başçıları növbəti gün danışıqlar aparacaq.
“Liderlər arasında kommunikasiya martın 20-də günortadan sonra başlayacaq. Bu, təkbətək ünsiyyət, qeyri-rəsmi nahar olacaq. Martın 21-də isə birbaşa danışıqlar günü olacaq”, – Peskov deyib.
O əlavə edib ki, səfərin təfərrüatlarını prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov xüsusi brifinq zamanı açıqlayacaq. Peskov Rusiya və Çin liderlərinin görüşündən sonra mətbuat konfransının gözlənildiyini də bildirib.

KARUSEL / DÜNYA
Tarix: 17-03-2023, 11:04