mobil versiya

ABŞ-ın Suriyadakı hərbi bazası raket atəşinə tutulub



Suriyanın şimal-şərqində ABŞ-ın hərbi dəstək məntəqəsi raket atəşinə tutulub, tələfat və dağıntı yoxdur.
“Report” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının mətbuat xidməti məlumat yayıb.
“Bazar ertəsi səhər saat 10:51-də Suriyanın şimal-şərqindəki Konoko dəstək məntəqəsində koalisiya qüvvələrinə uğursuz raket atılıb. Atışmanın aparıldığı yerdə daha bir raket tapılıb. Nəticədə xəsarət alan olmayıb, koalisiya qüvvələrinin bazasına və əmlakına heç bir ziyan dəyməyib”-məlumatda vurğulanıb.
KARUSEL / DÜNYA
Tarix: 11-04-2023, 10:22