mobil versiya

“Azərbaycana qibtə etmək olar…” –Zelenskinin keçmiş müşaviri Laçın postundan yazdı


“Bu gün Azərbaycan rəhbərliyi bir daha parlaq, səviyyəli, uzunmüddətli oyun nümayiş etdirir”.
Bunu Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsini təsis etməsi ilə bağlı “Facebook”da paylaşımında bildirib.
“Bir neçə gün əvvəl Azərbaycan Qarabağı Ermənistanla birləşdirən yeganə nəqliyyat arteriyası olan Laçın dəhlizini nəzarətə götürdü. İki il yarım əvvəl atəşkəsdən sonra azərbaycanlıların çoxu mənəvi tənəzzülə uğrayanda: “…döyüşmədilər, yetərincə almadılar” deyəndə mən bildirdim: “Bu, hələ başlanğıcdır. Hər şey sizin olacaq. Qarşınızda duran vəzifələri həll etmək üçün beş il lazım olacaq və bu beş il artıq planlaşdırılıb. Bu gün Azərbaycan rəhbərliyi bir daha parlaq səviyyəli uzunmüddətli oyun nümayiş etdirir. Buna ancaq qibtə etmək olar”, – o qeyd edib.


KARUSEL / SİYASƏT
Tarix: 27-04-2023, 09:11