mobil versiya

Şanxay trası Formula 1 mərhələsinə lisenziyanı bərpa edib



Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2023-cü ildə Çin Qran-Prisini ləğv edib, lakin növbəti mövsümdə Şanxayda yürüş keçirməyi nəzərdə tutur. Dünya çempionatına qayıtmağa hazırlıq çərçivəsində “Shanghai International Circuit” trası Formula 1 Qran-Prisinin keçirilməsinə lisenziyanı bərpa edib.
Üç il əvvəl verilmiş əvvəlki lisenziyanın müddəti 2019-cu ildə bitib və həmin vaxt Çində bu günə qədər olan son dünya çempionatı keçirilib. Koronavirus pandemiyası və onunla bağlı məhdudiyyətlər səbəbindən son illər Formula 1 bu ölkəyə gəlməyib və trasın lisenziyası uzadılmayıb.
Şanxayda Qran-Prinin keçirilmədiyi müddətdə avtodrom təmir olunub və abadlaşdırılıb ki, bu da lisenziyanın müddətini uzatmağa imkan verib. Formula 1 mərhələsinin keçirilməsi hüququ yekun olaraq 2024-cü ildə təsdiq ediləcək və yürüşə bir ay qalmış FIA-nın komissiyası “Shanghai International Circuit”da trasın bütün normativlər üzrə vəziyyətini yoxlayacaq.

KARUSEL / İDMAN
Tarix: 11-05-2023, 18:21