mobil versiya

"Neftçi" rəsmisi: "Rusiyadakı turnirdə iştirakla bağlı rəsmi təklif almışıq"



"Rusiyadakı turnirdə iştirakla bağlı "Zenit" klubundan bizə rəsmi dəvət gəlib".
Bunu "Report"a açıqlamasında "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev deyib.
Klub rəsmisi hələlik qərar verilmədiyini bildirib: "Çünki bu, təlim-məşq toplanışının planlarını dəyişir. Çox güman ki, Azərbaycan Kubokunun finalından sonra məsələyə yenidən qayıdacağıq. Hazırda bunun üzərində çox düşünmürük. Turnirə getsək, toplanışı Rusiyada keçməliyik. Bunun üçün orada şərait olmalıdır".
Qeyd edək ki, "Zenit"in prezidenti Aleksandr Medvedev iyulda Türkiyənin "Fənərbağça", Serbiyanın “Srvena Zvezda" və "Neftçi"ni Sankt-Peterburqda keçiriləcək turnirdə gözlədiklərini söyləyib.

KARUSEL / İDMAN
Tarix: 26-05-2023, 17:46