mobil versiya

Taekvondoçumuz dünya çempionatına qələbə ilə başlayıb



Azərbaycan taekvondoçusu Əliəskər Əliyev Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Çempionatda 80 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız 1/16 final mərhələsində seneqallı Ababakar Soumare ilə qarşılaşıb. Rəqibini məğlub edən taekvondoçumuz səkkizdəbir final mərhələsinə yüksəlib.
Millimizin digər üzvü Taleh Süleymanov (87 kq) 1/16 final mərhələsində belçikalı Manuel Pollet ilə üz-üzə gələcək. Belçika taekvondoçusu Laurentiu Snakovu (Rumıniya) məğlub edib.
Qadınların yarışında “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova 1/16 finalda Yaponiya idmançısı Çina Murakamini sınağa çəkəcək. Yaponiyalı taekvondoçu finlandiyalı Jenna Ylonenə qalib gəlib.
Qeyd edək ki, millimizin üç üzvü – Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq) və Fəridə Əzizova (67 kq) çempionatı mükafatsız başa vurublar.

KARUSEL / İDMAN
Tarix: 31-05-2023, 11:42