mobil versiya

"Zenit” – “Neftçi” matçının hakimləri müəyyənləşib


Rusiyada təşkil olunacaq “PARI Premyer” turnirinin ilk turunda keçiriləcək “Zenit” – “Neftçi” matçının hakimləri müəyyənləşib.
İyulun 1-də baş tutacaq görüşü yerli briqada idarə edəcək.
Matçın baş hakimi 36 yaşlı Artyom Çistyakovdur. Ona Aleksey Şiryayev və Vladislav Nazarov köməklik göstərəcəklər. Oyunun VAR hakimi isə Sergey Çıqankov olacaq.
Qeyd edək ki, “Qazprom Arena”da keçiriləcək “Zenit” – “Neftçi” görüşü Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Azərbaycan təmsilçisi iyulun 8-də “Srvena Zvezda” (Serbiya), 15-də isə “Fənərbağça” (Türkiyə) ilə qarşılaşacaq.
KARUSEL / İDMAN
Tarix: 23-06-2023, 16:38