mobil versiya

Çin şirkətlərinin məhsullarından ibarət Bakıda sərgi təşkil ediləcək



Sentyabrın 28-30-da Bakı Ekspo Mərkəzində müxtəlif sahələri təmsil edən 100-dən çox Çin şirkətinin iştirakı ilə “Çin şirkətləri və məhsulları sərgisi” təşkil olunacaq.
Çin şirkətləri Azərbaycanda topdan alıcılar, tərəfdaşlar və distribütorlar axtarır. Yeni biznes qurmaq, məhsul çeşidlərini genişləndirmək və yeni məhsullar satmaq üçün bu imkandan hər kəs faydalana bilər. Tədbir çərçivəsində Çin şirkətlərinin nümayəndələri ilə birbaşa görüşlər keçirilməsi planlaşdırılır.
Tədbirin təşkilatçıları “Shanghai Kanchen Exhibition Co.LTD” və “International Club of Manufacturers, Exporters and Importers LLC” şirkətləridir.
Qeyd olunub ki, sərgidə iştirak etmək üçün qeydiyyat mütləqdir. Üç gün davam edəcək sərgiyə giriş saat 10:00-da başlayacaq.
Sərgiyə gəliş-gediş üçün metronun “Koroğlu” stansiyasından 3 avtobus təşkil olunacaq.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 27-09-2023, 17:08