mobil versiya

Pakistanlı nazir: Bu səylərin başlanğıcında olsanız da, artıq çox müsbət və konstruktiv nəticələr var



Məni Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumuna dəvət etdiyinə görə Azərbaycan hökumətinə təşəkkürümü bildirirəm. Hökumətiniz belə böyük tədbiri yüksək səviyyədə təşkil edib. Burada hökumətinizin xalqla birgə həyata keçirdiyi yenidənqurma işlərini və köçkünlərin məskunlaşdırılmasını görmək məni çox sevindirdi. Pakistan hökuməti və xalqı Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir.
Bunu AZƏRTAC-a açıqlamasında Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edən Pakistanın planlaşdırma inkişafı və xüsusi təşəbbüslər üzrə federal naziri Məhəmməd Sami Səid bildirib.
Azərbaycan hökuməti və xalqı ilə hər zaman həmrəy olduqlarını vurğulayan Məhəmməd Sami Səid deyib: “Pakistanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi üçün Azərbaycan hökumətinə də təşəkkür edirik. Bundan əlavə, hazırda ölkələrimiz arasında bir çox sahələrdə sıx əməkdaşlıq əlaqələri var”.
“İşğaldan azad edilmiş ərazilərdə inkişafı görmək çox ürəkaçandır. Sizə bu işdə uğurlar arzulayıram. Arzu edirəm ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində gördüyünüz işləri uğurla başa çatdırasınız. Vaxtilə məcburi köçkün düşmüş insanların məskunlaşdırılması çox yaxşı haldır. Ona görə də Azərbaycan hökumətinə bu böyük işdə uğurlar arzulayıram. Bu səylərin başlanğıcında olsanız da, artıq çox müsbət və konstruktiv nəticələr var. Mən əminəm ki, bu möhtəşəm iş Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam edəcək və region əhalisinə, eləcə də xalqa fayda verəcək”, - deyə o əlavə edib.

KARUSEL / SİYASƏT
Tarix: 29-09-2023, 16:47