mobil versiya

Milli Məclisin sədri Parlament Spikerlərinin Avropa Konfransında çıxış edib




Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 29-da İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Parlament Spikerlərinin Avropa Konfransında çıxış edib. "İctimai təmsilçilikdə bərabərlik və müxtəliflik – gənclərin, qadınların, etnik və sosial qrupların parlament üzvləri kimi iştirakı" mövzusunda müzakirələr zamanı spiker Sahibə Qafarova müzakirə olunan mövzu ilə bağlı Azərbaycanın təcrübəsini və əldə etdiyi nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycanın 1918-ci ildə əksər Avropa ölkələrindən də əvvəl qadınlara səsvermə hüququ verdiyini bildirən Milli Məclisin sədri, həmçinin deyib ki, ölkəmizdə qadınlar kişilərlə bərabər hüquq və azadlıqlara malikdirlər. Bu gün Azərbaycan qadınların səlahiyyətlərinin artırılması sahəsində xeyli irəliləyiş əldə edib. O cümlədən, gənclərin də müxtəlif dövlət dəstəyi proqramları və inkişaf strategiyaları vasitəsilə artıq ictimai həyata müsbət təsir göstərmək üçün lazım olan iştirak səviyyəsinə çatdıqlarını ifadə edən Sahibə Qafarova deyib ki, biz bələdiyyə və parlament seçkilərində iştirak edən və qalib gələn, yüksək qərarqəbuledici mövqelər tutan qadınların və gənclərin faizində ardıcıl artımın şahidi oluruq.

KARUSEL / SİYASƏT
Tarix: 29-09-2023, 17:59