mobil versiya

Mariya Zaxarova İstanbulda Qarabağla bağlı keçirilən görüşü təsdiqləyib



Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ, Avropa İttifaqı (Aİ) və Rusiya rəsmilərinin Qarabağdakı vəziyyətlə əlaqədar İstanbulda görüşdüyünə dair məlumatı təsdiqləyib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ, Aİ və Rusiya nümayəndələrinin lokal xarakterli antiterror tədbirləri başlamazdan əvvəl İstanbulda Qarabağla bağlı görüş keçirdiklərini Moskvada brifinqdə təsdiqləyib.
KİV-in xəbər verdiyi kimi, ABŞ-ni bu görüşdə Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono, Aİ-ni Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar, Rusiyanı isə Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev təmsil edib.
M.Zaxarova ABŞ və Aİ-nin görüş keçirmək təşəbbüsü ilə Rusiyaya müraciət etdiyini qeyd edib.
"Görüşün məqsədi danışıqlarda qeyd olunub. Tərəflər vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar", - deyən Zaxarova görüşün gizli olmadığını, "adi fikir mübadiləsi olduğunu" əlavə edib.
Rusiya XİN-in nümayəndəsi həmçinin vurğulayıb ki, hazırda Qərb mediası bundana təxribat üçün istifadə edirsə, deməli məqsəd də bu olub.

KARUSEL / SİYASƏT
Tarix: 4-10-2023, 16:18