“Azərkosmos”la İSESKO birgə bəyanat sənədi imzalayıb
Bakıda “Azərkosmos”la İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) birgə bəyanat sənədi imzalanıb. Bu sənədə əsasən Azərkosmos və İSESCO Azərbaycanda kosmos sahəsində ilk investisiya layihəsini həyata keçirəcəklər.
Bunu oktyabrın 4-də Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin Sərgi pavilyonunda Azərkosmos sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Bayramov bildirib.
"Bu layihəyə turizm, kənd təsərrüfatı, ekologiya sahələri daxildir ki, burada innovasiyalar ərsəyə gətiriləcək. Əsas məqsəd bu sahədə ekosistemin inkişafıdır. Kosmik peyk xidmətlərini, peyk texnologiyalarını əlçatan etməkdir. Elmi cəmiyyətlərdə birgə fəaliyyət göstərmək və bunun müqabilində də yeni innovativ layihələri ortaya çıxarmaqdır.
Layihədən gözləntimiz öncə kosmik ekosistemin inkişafıdır.
Eləcə də peyk texnologiyaları vasitəsilə iqtisadiyyatda olan digər sahələrə töhfə verməkdir. Əsasən peyk texnologiyaları vasitəsilə dataları analiz edərək digər sahələrdə innovasiyalara nail olacağıq", - deyə Azərkosmos rəsmisi əlavə edib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 4-10-2023, 17:17