mobil versiya

Efiopiyalı qonaqlar ASAN Xidmətdə olub



Efiopiya Federativ Demokratik Respublikasının nümayəndə heyəti  ASAN Xidmət konsepsiyasının öz ölkələrində tətbiqi istiqamətində müzakirələrin aparılması, eləcə də müvafiq istiqamətdə Dövlət Agentliyi tərəfindən dövlət xidmətlərinin çatdırılması, sosial innovasiyalar sahəsində həyata keçirilən layihələr ilə yaxından tanış olmaq məqsədilə Azərbaycanda səfərdə olub.
Nümayəndə heyəti ilə görüşdə “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verilib. Şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunduğu diqqətə çatdırılıb. 

Nümayəndə heyətinə Dövlət Agentliyinin müxtəlif şöbələri tərəfindən geniş təqdimatlar da edilib.
Səfərin nəticələrinə əsasən Efiopiyada “ASAN xidmət” təcrübəsinin tətbiqi ilə əlaqədar yol xəritəsinin hazırlanması ilə əlaqədar razılığa gəlinib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 3-11-2023, 15:44