mobil versiya

Azərbaycan və Mərakeş XİN rəhbərləri görüşüb



Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Krallığının Xarici İşlər və Afrika ilə Əməkdaşlıq məsələləri üzrə naziri Nasser Bourita ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
Görüş Ceyhun Bayramovun Rabat şəhərinə rəsmi səfəri çərçivəsində baş tutub.
Səfər çərçivəsində Azərbaycan və Mərakeş arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın 2-ci iclası keçirilib və tərəflər iqtisadiyyat, ticarət, investisiyalar, eləcə də humanitar mübadilə sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını və yollarını müzakirə ediblər.

KARUSEL / SİYASƏT
Tarix: 13-11-2023, 18:21