Niderlandın keçmiş baş naziri NATO rəhbəri postuna namizəddir
13 illik baş nazirlikdən sonra (Niderland tarixində ən uzun müddətdir) Mark Rutte təqaüdə çıxmaq niyyətində deyil.
Bir çox NATO üzvü onu 2024-cü il oktyabrın 1-də vəzifəsini tərk etməli olan Yens Stoltenberqin yerinə ən uyğun namizəd hesab edir.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Rutte hökuməti miqrasiyanın qarşısının alınması ilə bağlı mübahisələr fonunda iyul ayında dağıldı. O, noyabrın 22-də Niderlandda keçiriləcək ümumi seçkilərin nəticələrinə görə yeni kabinet formalaşdıqdan sonra siyasətdən gedəcəyini bildirib.
“Bloomberg” mənbələrindən biri bildirib ki, Niderland hökuməti Ruttenin noyabrda NATO-ya rəhbərlik etməyə hazır olduğunu deməsindən sonra Vaşinqtonla onun şanslarını müzakirə edib.
Baş katibin namizədliyi Alyansın bütün üzvləri tərəfindən yekdilliklə təsdiqlənməlidir, lakin ABŞ-ın mövqeyi ən böyük çəkiyə malikdir. Rutte həmçinin Macarıstan və Türkiyə ilə yaxşı münasibətlər saxlayır.
Onun namizədliyi Rusiyaya qarşı ən sərt mövqe tutan Şərqi Avropa ölkələrinə də uyğundur. Baxmayaraq ki, onların öz nümayəndələri – Estoniyanın hazırkı baş naziri Kaya Kallas və xarici işlər naziri, Latviyanın keçmiş baş naziri Krişyanis Karinş də bu vəzifə üçün hazır olduqlarını bəyan ediblər.
KARUSEL / DÜNYA
Tarix: 22-11-2023, 14:18