mobil versiya

Ceyhun Bayramov Sloveniyanın xarici işlər və Avropa naziri ilə görüşüb



Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı xarici işlər nazirləri görüşü çərçivəsində Sloveniyanın xarici işlər və Avropa naziri Tanya Fayon ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi xəbər yayıb. Görüş zamanı iki ölkə arasında siyasi dialoqun təmin edilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi vurğulanıb.
Nazir həmkarını regionda mövcud vəziyyət, postmünaqişə dövründəki reallıqlar, Azərbaycan tərəfindən cari ilin sentyabr ayında həyata keçirilmiş antiterror tədbirlərini şərtləndirən amillər, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə məlumatlandırıb. Nazir Azərbaycan və Ermənistan arasında sülh üçün real şərait yarandığını vurğulayıb.
Görüşdə iki ölkə arasında gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.
KARUSEL / SİYASƏT
Tarix: 12-12-2023, 03:37