Polşa səfiri 4SİM Azərbaycan direktoru ilə görüşüb
Polşanın Azərbaycandakı səfiri Rafal Poborski 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (4SİM Azərbaycan) direktoru Fariz Cəfərovla görüşüb.
Bu barədə səfriliyin Facebook səhifəsində məlumat yayılıb.
Görüş zamanı Azərbaycanın yeni texnologiyaların (süni intellekt, əşyaların interneti/IoT, robototexnika və s.) tətbiqi ilə bağlı iddialı planları və bu sahədə Polşa-Azərbaycan əməkdaşlığının potensialı müzakirə olunub.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 15-12-2023, 11:26