mobil versiya

Daha 3 şəhərdaxili marşrutda nağdsız ödəniş tətbiq edilir



AYNA tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.
AYNA-dan bildirilib ki, dekabrın 30-dan “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Pirşağı qəsəbəsi ilə əlaqələndirən 173A və 173B nömərli şəhərətrafı, eləcə də Sabunçu və Yeni Günəşli qəsəbələrini əlaqələndirən 55 nömrəli şəhərdaxili müntəzəm marşrutlar nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 28-12-2023, 17:54