mobil versiya

Bakı hava limanı bayram günlərində 160 minə yaxın sərnişinə xidmət göstərib



Heydər Əliyev Beynəlxalq Aeroportunda son 10 gün ərzində 160 minə yaxın sərnişinə xidmət göstərilib ki, da ötən ilin eyni dövrünün nəticələrindən 34,7 % çoxdur.

Bu barədə hava limanından bildirilib.
Məlumata görə, 29 dekabr 2023-cü il - 7 yanvar 2024-cü il tarixləri arasında hava limanının bütün xidmətləri gücləndirilmiş iş rejimində çalışaraq, fasiləsiz iş rejimini təmin edib və aeroportun məsuliyyət zonasında hər hansı gecikmələrə yol verilməyib. Bu müddət ərzində ən sıx gün 30 dekabr 2023-cü il olub. Həmin gün Bakı hava limanında 21 596 sərnişinə xidmət göstərilib, aviaşirkətlər 167 reys həyata keçirib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan bayram günlərində ümumilikdə 35 aviaşirkət 72 istiqamətə uçuşlar yerinə yetirib. Ən populyar istiqamətlər İstanbul, Naxçıvan, Moskva, Tbilisi, Dubay, Əbu-Dabi, Şarja, Ankara, Sankt-Peterburq və Doha olub.(report)
KARUSEL / İQTİSADİYYAT
Tarix: 7-01-2024, 14:43