Bu gecə ilk türk astronavt kosmosa uçacaq
Yanvarın 17-dən 18-nə keçən gecə Türkiyə vaxtı ilə saat 00:11-də ilk türk astronavt kosmosa ilk uçuşunu edəcək. Bu hadisə Türkiyədə ölkənin kosmik tədqiqatlarında iradəsini göstərməsi ilə yanaşı, həm də milli qürur ifadəsi kimi qiymətləndirilir.
Bu tarixi uçuş ölkənin dörd bir yanında izlənəcək. Vətəndaşlar ilk uçuşun həyəcanını İstanbul, Ankara, Trabzon, Konya, Mersin, Qaziantep kimi bir çox şəhərlərdə keçiriləcək tədbirlərlə bölüşəcəklər.
Uçuş haqqında fikirlərini paylaşan astronavt Alper Gezeravcı deyib: “Biz gələcək nəsillərimizin özlərinə inamını yüksəldəcək və arzularına heç bir məhdudiyyət olmadığını göstərəcək çox dəyərli bir missiyaya qədəm qoyuruq”.
Türkiyənin Mersin vilayətinin Silifke rayonunda 1979-cu ildə dünyaya gələn Gezeravcı Hərbi Hava Qüvvələri üzrə mühəndislik təhsili alıb. Türkiyə Hərbi Hava Qüvvələrində döyüş pilotu kimi xidmət edən polkovnik Gezeravcının “F-16” da daxil olmaqla, bir çox təyyarədə 15 illik uçuş təcrübəsi var. O, həmçinin yeddi il Türk Hava Yollarında kapitan pilot vəzifəsində çalışıb.
Qeyd edək ki, türk astronavt Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək. ABŞ-ın Florida ştatından Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək “Ax-3” heyətinə türk astronavtla yanaşı, missiyanın rəhbəri ispaniyalı astronavt Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyi adından isveçli kosmonavt Markus Vandt daxildir.(azərtac)
KARUSEL / DÜNYA

Tarix: 17-01-2024, 16:51