mobil versiya

Ötən il korrupsiya cinayəti törədən 56 şəxs cinayət başında yaxalanıb


Ötən il Baş İdarədə 1524 vətəndaşın qəbul edilməsi təmin edilib.
Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov ötən il ərzində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirib.
“Qeyd edilən müddət ərzində Baş İdarədə 382 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılıb, 301 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 81 material üzrə isə vurulmuş maddi ziyan məbləğlərinin ödənilməsi də nəzərə alınmaqla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilib və digər prokuror təsir tədbirləri tətbiq edilib.
Əməliyyat qurumları tərəfindən 158 cinayət işi başlanılıb, keçirilmiş 49 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 56 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 30 nəfər saxlanılıb”, – idarə rəisi vurğulayıb.


KARUSEL / CƏMİYYƏT
Tarix: 19-01-2024, 16:11