mobil versiya

Alper Gezeravcının 2 fevral tarixində kosmosdan dönəcəyi gözlənilir



Türkiyənin ilk astronavtı Alper Gezeravcının 2 fevral tarixində kosmosdan dönəcəyi gözlənilir.
Gezeravcı Axiom Space mərkəzinə bağlanaraq kosmosdakı işlərini şərh edib.
O bildirib ki, Beynəlxalq Kosmik Stansiyada elmi təcrübələrini davam etdirir.
"13 fərqli fənni və tədqiqat sahəsini bir araya gətirdik. Bir neçəsini ümumiləşdirmək üçün biz, kosmik uçuşlar üçün alternativ həyat dəstəyi sistemi üzərində işləyirik. Bu çərçivədə mikroyosunlardan faydalanmaq üçün bir test sistemi qurduq. Həmçinin biz insan anatomiyası üzrə də tədqiqatlar aparırıq. Mikroqravitasiya mühitinin insan orqanizminə müsbət və ya mənfi təsirlərini sınaqdan keçiririk. Təcrübələrə çox həvəs göstəririk",- deyə astronavt əlavə edib.
Gezeravcı qeyd edib ki, bu, bizim üçün çox mühüm addımdır. Çünki onun təməli Cümhuriyyətimizin 100 illiyində qoyulub.
Qeyd edək ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.
Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.
İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək.

KARUSEL / DÜNYA
Tarix: 31-01-2024, 11:37