Azərbaycanlılar ən çox hansı ölkələrə səfər edir?
2023-cü ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 35,1 faiz artaraq 147,7 min nəfər olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 37 faiz, Gürcüstana gedənlərin sayı 36,9 faiz, Türkiyəyə gedənlərin sayı 29,3 faiz, İrana gedənlərin sayı 23,0 faiz artıb.
Ölkə vətəndaşlarının 36,6 faizi Türkiyəyə, 22,0 faizi Rusiya Federasiyasına, 10,6 faizi Gürcüstana, 8,2 faizi İrana, 22,6 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 67,7 faizini kişilər, 32,3 faizini qadınlar təşkil edib.
2024-cü ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,1 faizi hava, 28,8 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.
KARUSEL / CƏMİYYƏT

Tarix: 20-02-2024, 14:44