Ehtiyatsızlıqdan polis əməkdaşları həyatını itirib
Martın 13-də saat 3 radələrində işğaldan azad edilən əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar. Göstərilən tibbi müdaxilələrə baxmayaraq onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib.
Araşdırma aparılır.
KARUSEL / HADİSƏ
Tarix: 13-03-2024, 08:32



























