Mərakeş: Qəzza əhalisinə qurudan yardım göndərən ilk ölkə
Əl-Qüds Komitəsinin sədri Mərakeş Kralı VI Məhəmməd Qəzzada və Müqəddəs Əl-Qüds şəhərində Fələstin əhalisinə humanitar ərzaq yardımın göndərilməsi barədə göstəriş verib.
Bu barədə Kral ofisi məlumat yayıb.
Ramazan ayının gəlişi ilə üst-üstə düşən bu yardım Fələstin əhalisinin, xüsusilə də onların ən həssas təbəqələrinin əzablarını yüngülləşdirmək məqsədi daşıyır.
Qəzza əhalisi üçün edilən yardım 40 tondan çox ərzaqdan ibarətdir.
V Məhəmməd Həmrəylik Fondu vasitəsilə həyata keçirilən institusional yardımdan əlavə, Kral göndərilən yardımın böyük bir hissəsini, xüsusən də körpələrə və azyaşlı uşaqlara çatdırılan yardımı Suverenin şəxsi fondlarından əhatə edib.
Beş aydan çox müddətdə davam edən silahlı döyüşlərin başlanmasından bəri, Mərakeş quru marşrutu ilə birbaşa əhaliyə çatdırılacaq humanitar yardımı göndərən ilk ölkədir.
Bundan başqa, Əl-Qüds Komitəsinin sədri Əlahəzrət Kral VI Məhəmməd bu müqəddəs şəhərin əhalisinə də human-itar yardım göstərmək üçün Beyt Mal Əl Qüds Agentliyinə göstəriş verib. Beləliklə, 2000 Qüds ailəsi üçün 2000 yemək səbəti paylanacaq və şəhərdəki fələstinlilər üçün gündəlik 1000 yemək veriləcək. Yardım çərçivəsində həmçinin Qüds Xəstəxanasında təcili yardım koordinasiya otağının yaradılması da nəzərdə tutulur.
KARUSEL / DÜNYA
Tarix: 13-03-2024, 14:51