mobil versiya

"İsrailin Rafahdakı əməliyyatı münasibətlərimizə ağır zərbə vuracaq" - Borrell



Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell İsraili Rəfahdakı hərbi əməliyyatını dərhal dayandırmağa çağırıb.
Bu barədə Aİ-nin ali nümayəndəsinin adından yayılan bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, bu əməliyyat Qəzzada humanitar yardımın paylanmasını mane olur və daha çox daxili yerdəyişmələrə, aclığa və insanların əzabına səbəb olur.
"Bir milyondan çox mülki şəxs Rəfah və onun ətrafına sığınıb və onlara BMT-nin məlumatına görə, təhlükəsiz sayıla bilməyən ərazilərə təxliyə olunmaq barədə xəbərdarlıq edilib. Aİ İsrailin özünü müdafiə etmək hüququnu tanısa da, İsrail bunu Beynəlxalq Humanitar Hüquqa uyğun etməli və mülki şəxslərin təhlükəsizliyini təmin etməlidir. Avropa İttifaqı İsraili Qəzzada onsuz da ağır olan humanitar vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə və Rəfah keçid məntəqəsini yenidən açmağa çağırır. İsrail Rəfahdakı hərbi əməliyyatını davam etdirərsə, bu, istər-istəməz Aİ-nin İsraillə münasibətlərinə ağır zərbə vuracaq", - Aİ-nin ali nümayəndəsi vurğulayıb.(apa)

KARUSEL / DÜNYA
Tarix: 15-05-2024, 14:38