mobil versiya

Əhalinin sayı açıqlanıb



Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 9016 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il aprel ayının 1-i vəziyyətinə 10189786 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Bu il aprel ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23,0 faizi Bakı şəhərində, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,7 faizi Qazax-Tovuz, 6,2 faizi ŞəkiZaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,1 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 2,9 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayıb.


KARUSEL / ÖLKƏ
Tarix: 16-05-2024, 13:22