İmran Xan və həyat yoldaşı həbs edilib
Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xan və onun həyat yoldaşı Buşra Bibi haqqında həbs qərarı verib. Cütlük iyulun 22-dək həbsdə qalacaq.
Bu barədə RİA “Novosti” məlumat yayıb.
Xan ailəsi səlahiyyətlərindən sui-istifadə etmə iddiası üzrə saxlanılıb.
Pakistanın Korrupsiyaya Qarşı Mübarizə Agentliyi yeni ittihamı iyulun 13-də İslamabad məhkəməsinin Xan və onun həyat yoldaşının qanunsuz nikah hökmünü ləğv edərək apelyasiya şikayətini təmin etməsindən bir gün sonra irəli sürüb.
KARUSEL / DÜNYA
Tarix: 15-07-2024, 16:15