Nazir İordaniya səfiri ilə COP29-a hazırlığı müzakirə edib
İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Nahar ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı, eyni zamanda iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 2-08-2024, 14:25