Həniyə iranlılar tərəfindən öldürülüb?
HƏMAS rəhbəri İsmayıl Həniyənin “Mossad”a bağlı olan iranlılar tərəfindən öldürüldüyü bildirilir.
Bu barədə Səudiyyə Ərəbistanının" "Al-Ain" nəşri adını açıqlamadığı İraq siyasətçisinə istinadla məlumat yayıb.
Məlumata görə, iraqlı siyasətçi SEPAH-ın İsmayıl Həniyənin öz iqamətgahında öldürülməsi ilə bağlı bayanatlarını rədd edərək bildirib ki, o, Tehranın şimal-qərbində SEPAH-ın təhlükəsizlik məqsədilə zəbt etdiyi Sədabad kompleksində yerləşən Yaşıl Sarayda qətlə yetirilib.
Bildirilib ki, sözügedən ərazidə yaşayan yerli sakinlər gecə saat 2-də partlayış səsini də eşitdiklərini bildiriblər.
Qeyd olunub ki, İraq siyasətçisi İsmayıl Həniyənin “Mossad”a bağlı iranlıların əli ilə öldürülməsi fikrini istisna etməyib: “Bu, çətin deyil, çünki İsrail ötən illərdə İran daxilində çoxlu əməliyyatlar həyata keçirib”.("AzPolitika.info")
KARUSEL / DÜNYA
Tarix: 2-08-2024, 15:10