mobil versiya

Ötən ay 23 mindən artıq pensiya, müavinət təyinatı proaktiv qaydada aparılıb



2024-cü ilin iyul ayı ərzində 23 038 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, onlardan 2 711-i pensiya, 20 327-si isə müavinət (o cümlədən MDSS hesabına ödənilən) və təqaüd təyinatıdır.
KARUSEL / SOSİAL
Tarix: 12-08-2024, 11:22