mobil versiya

Pakistanda törədilən silsilə terror aktlarında 50-dən çox adam öldürülüb



Bəlucistan əyalətinin müxtəlif bölgələrində törədilən terror aktları nəticəsində azı 50 nəfər, o cümlədən Pakistan hərbçiləri və hüquq-mühafizə orqanlarının nümayəndələri həlak olub.
Bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Hücumlar avqustun 25-i axşam saatlarında başlayıb və Pakistan ordusunun Mastunq, Kalat, Pasni və Suntsar şəhərlərindəki çağırış mərkəzlərinə və polis məntəqələrinə yönəlib. Bundan əlavə, gün ərzində Sibi, Pəncqur, Turbat, Bela və Kvettada terror aktları qeydə alınıb. Nəşr Musaxail rayonunda baş verən epizoda xüsusi diqqət yetirib: orada silahlı şəxslər şəhərlərarası avtomobil yolunu kəsiblər. Ekstremistlər avtobusları, mikroavtobusları və yük maşınlarını saxlayıb, daha sonra sürücüləri və sərnişinləri güllələyiblər.
Hücumlara görə məsuliyyəti Pakistanda qadağan olunmuş Bəlucistan Azadlıq Ordusu öz üzərinə götürüb.

KARUSEL / DÜNYA
Tarix: 26-08-2024, 23:01