Fransa Durova görə 20 milyard itirə bilər
Birləşmiş Ərəb Əmirlikləri “Teleqram” sahibi Pavel Durovun Parisdə həbs olunması Fransa ilə Birləşmiş Ərəb Əmirlikləri arasında gərginliyə səbəb olub.
“The Guardian” nəşrinin yazdığına görə, BƏƏ Pavel Durovun həbsindən sonra Fransa ilə dəyəri 20 milyard dollar olan 80 ədəd “Rafale” qırıcı təyyarəsinin alınmasına dair razılaşmanı dayandırıb. Bu qərar BƏƏ-də yaşayan “Teleqram”-ın yaradıcısı Pavel Durovun Fransada həbsinə etiraz olaraq qəbul edilib.
Nəşr qeyd edir ki, sazişin dayandırılması BƏƏ və Fransa arasında hərbi-texniki əməkdaşlığa tamamilə son qoyulmasına dair narahatlıq yaradıb.(“AzPolitika.info”)
KARUSEL / DÜNYA
Tarix: 28-08-2024, 17:08