mobil versiya

Təbiətə həsr olunan unikal incəsənət sərgisi keçiriləcək



Azərbaycanda təbiətə həsr olunan azərbaycanlı rəssam Elnarə Nəsirlinin “Meşənin pıçıltısı — səsin sehri” adlı unikal incəsənət sərgisi keçiriləcək.

Reportyor.az xəbər verir ki, COP29 ərəfəsində təşkil edilən  sərgi iqlim problemlərinin incəsənət yolu ilə diqqət cəlb etməsinə yönəlib.
"Sərgi Latviya və Azərbaycan meşələrinin zəngin biomüxtəlifliyini xüsusi texnologiyalarla nümayiş etdirir və təbiət elminin incəsənətlə birgə vəhdətini göstərir”. Bunu sərgiyə həsr olunan mətbuat konfransında Latviyanın ölkəmizdəki səfiri  Edqars Skuya deyib. O, sərginin ən unikal layihələrdən biri kimi yadda qalacağına ümidvar olduğunu bildirib. Diplomat əlavə edib ki, sərgi birgə əməkdaşlıqla ərsəyə gələn bir işdir, ümumiyyətlə incəsənət bizim həyatımızda mühüm önəm daşıyır: "Əgər həyatımızda bir problem yaşayırıqsa, incəsənətə müraciət edirik və həyatımızdakı problemləri incəsənət yolu ilə həll etməyə çalışırıq. Bu sərgi təbiət elminin incəsənətlə unikal bağlılğını göstərir. Simvolik olaraq Azərbaycan və Latviya meşələri öz aralarında dialoq aparır, danışır".
Sərgi musiqiləri əks etdirən səs texnologiyasından innovativ istifadə vasitəsilə Latviya və Azərbaycan meşələrinin zəngin biomüxtəlifliyini, yerli növlərdən olan müxtəlif bitkilərdən alınan musiqiləri nümayiş etdirəcək. İncəsənət və elmin bu unikal birləşməsi hər iki xalqın ətraf mühütə necə böyük önəm verdiyinin göstəricisidir.

“Meşənin Pıçıltısı” incəsənət, texnologiya və ətraf mühit dialoqunu özündə mükəmməl şəkildə birləşdirən xüsusi bir instalyasıyadır. Bu geniş instalyasiya Azərbaycan və Latviyadan gətirilmiş ağac nümunələrindən ibarətdir.
“Meşənin Pıçıltısı” həm şəxsi, həm də ekoloji canlanmanı özündə simvolizə edən COP29 ilə əlaqədə daha geniş rezonans doğurur. O, varlığımızı dəstəkləyən görünməz sistemlər haqqında daha dərindən dərk etməyə təşviq edir və insanı texnologiya və təbiətin birgə yaşayışı haqqında düşünməyə sövq edir.
Sərgi Latviya Respublikasının əsas təşkilatçılığı ilə Latviya Kənd Təsərrüfatı Nazirliyi, Latviyanın Meşə İdarəçiliyi Agentliyi, SİLAVA təşkilatı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ADA Universiteti, İDEA təşkilatı, və Gazelli Art  House Baku ilə birgə tərəf-daşlıqla həyata keçirilir.

Sərgi və sərgi çərçivəsində planlaşdırılan digər tədbirlər ekoloji maarifləndirmənin və fəaliyyətin artırılmasında mədəniyyətlərarası əməkdaşlığın mühüm rolunu vurğulayır. Bu tədbirlərə Panel müzakirəsi, Latviya sənədli filmlərinin nümayişi, sərgiyə bələdçi ilə ekskursiyaları və s.daxildir.
Sərginin bədii koordinasiyası Azərbaycan Respublikasının əməkdar rəssamı Sabina Şıxlinskaya aiddir.
Sərgi ictimaiyyət üçün 8 noyabr 2024-cü il tarixindən 1 fevral 2025-ci il tarixinə qədər Gazelli Art House Bakı Galeriyasında açıq olacaq.

Əməkdar rəssam, sərginin kuratoru Səbinə Şıxlinskaya COP29 iqlim konfransında Latviyanın Azərbaycandakı səfirliyi tərəfindən bir çox tədbirlər keçiriləcəyini deyib: "Belə layihələrdən biri də “Meşənin pıçıltısı — səsin sehri” adlı sərgidir. Ümid edirəm ki, sərgi ən unikal layihələrdən biri kimi yadda qalacaq".






KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 30-10-2024, 16:46