Yaponiya hökuməti ilə 152 min manatlıq qrant müqaviləsi imzalanıb
“Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində “Abşeron rayonunun təcrübə-tədqiqat stansiyasında pivot suvarma sisteminin quraşdırılması” layihəsi üzrə qrant müqaviləsi imzalanıb.
Reportyor.az xəbər verir ki, qrant müqaviləsi Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Katsuya və “Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu” publik hüquqi şəxsinin İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşev arasında imzalanıb.
Bu layihənin əsas məqsədi kimi Abşeron rayonunun Pirşağı kəndində yerləşən təcrübə-tədqiqat stansiyasında pivot suvarma sisteminin quraşdırılması və benefisiar təşkilatın mülkiyyətində olan sahənin (50 ha) dayanıqlı suvarma suyu ilə təmin olunması nəticəsində kənd təsərrüfatı məhsulların məhsuldarlığının və keyfiyyətinin artırılması, kənd təsərrüfatının və su mühitinin yaxşılaşdırılması, bununla da yerli əhalinin məşğulluq imkanların genişləndirilməsi və gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına nail olmaq nəzərdə tutulur. Bundan əlavə, bu il Azərbaycanda keçiriləcək COP-29-un mühüm mövzusu olan “Su qıtlığı problemi”-nin həllinə və “Suyun səmərəli istifadəsi”-nin təşviqinə töhfə verəcəkdir. Benefisiar təşkilat bu layihə çərçivəsində quraşdırılacaq suvarma sisteminin davamlı olaraq faydalı istifadəni təmin edəcəkdir. Bu layihənin icrası üçün ərazinin hamarlaşdırılması, suvarma şəbəkəsinin çəkilməsi, avadanlıqların alınması və texniki dəstək üçün Yaponiya höküməti 90,027 ABŞ dolları (təqribən 152,145 AZN) məbləğində qrant ayırmışdır.
Bu gün imzalanmış müqavilə də daxil olmaqla, Azərbaycanda “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində bu günədək cəmi 287 qrant müqaviləsi imzalanıb və bu müqavilələrin ümumi qrant məbləği 24,250,000 ABŞ dollarını (40,990,000 AZN) keçir.
“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı Azərbaycan əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə, bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Bu günədək təhsil, səhiyyə, ictimai sağlamlıq sahəsinin inkişafına yardım prioritet xarakter daşımışdır. Bu yardımla bağlı yerli bələdiyyə və icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, təhsil, səhiyyə orqanları və digər qeyri-kommersiya qurumları Yaponiyanın Azərbaycandakı Səfirliyinə müraciət edə bilərlər.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 5-11-2024, 15:58