İran İnqilab Keşikçiləri Korpusunun zabiti Suriyada öldürülüb
İran İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalı Kiumars Purhaşemi Suriyanın Hələb əyalətində İsraillə əlaqəli "terrorçular" tərəfindən öldürülüb.
Reportyor.az xəbər verir ki, bu barədə İranın SNN xəbər agentliyi ətraflı məlumat vermədən bildirib.
Bildirilir ki, "Hayat Təhrir əş-Şam" islamçı qruplaşmasının başçılıq etdiyi üsyançılar Hələb əyalətinin şimal-qərbində Suriya prezidenti Bəşər əsədin nəzarətində olan onlarla şəhər və kəndi işğal etməyə başlayıb.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:33