Leyla Bədirbəylinin anadan olmasının 105 ili tamam olur
Bu gün Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəylinin anadan olmasının 105 ili tamam olur.
Reportyor.az xəbər verir ki, Leyla Bədirbəyli Azərbaycan Dövlət Filarmoniyasında çalışdığı illərdə “Ayna” və “Bakının işıqları” filmlərində rol alıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yaratdığı Sara (“Solğun çiçəklər”), Solmaz (“Od gəlini”), Şəlalə (“Yalan”), Dezdemona (“Otello”), Liza (“Canlı meyit”), Nərminə (“Göz həkimi”) və digər bu kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb. İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz obrazlar yaradıb.
“Azərbaycan gözəli” adını almış aktrisa 1999-cu ildə vəfat edib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Dünən, 10:35